BAKI, 25 avqust — Sputnik. Şirkətin baş direktoru Albert Burla "Fox News"a bildirib ki, "Pfizer" üç ay ərzində koronavirus ştammına qarşı şirkətin mövcud vaksinindən daha güclü bir bir peyvənd yarada biləcək, ancaq hazırda belə bir COVID-19 növü aşkar edilməyib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
"Dünyada hər dəfə koronavirusun yeni bir mutasiyası aşkar olunanda alimlərimiz bu variantın bizim peyvəndin yaratdığı müdafiəni qırıb-qırmadığını öyrənirlər. Hal-hazırda belə bir şey (ştamm) aşkar edilməyib. Ancaq hesab edirik ki, yəqin ki, bir gün belə bir şey ortaya çıxacaq", - deyə Burla bildirib.
"Biz prosesi qurduq - narahatlığa səbəb olan ştammı aşkar etdiyimiz andan etibarən 95 gün ərzində ona qarşı xüsusi peyvənd yarada biləcəyik", - deyə o, əlavə edib.
Bu həftənin əvvəlində ABŞ-ın Qida və Dərman Məhsullarının Keyfiyyətinə Sanitariya Nəzarəti İdarəsi (FDA) "Pfizer" və "BioNTech" konsorsiumunun hazırladığı koronavirus peyvəndinin tətbiqini tam təsdiqləmək qərarına gəlib.
Eləcə də oxuyun:
Valideynlər mütləq vaksin olunmalıdırlar? - TƏBİB və BŞTİ-dən cavab
Operativ Qərargahın brifinqi: Sentyabrın 15-dən təhsil əyani olacaq
Qlobal reytinqdə yüksəlmişik: amma bunun xeyri dələduzların cibinə gedir
Azərbaycanda növbəti il üçün vaksin tədarükü görülür
Azərbaycanda uşaqlar vaksin olunacaqlarmı?