SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya və Çin liderləri Əfqanıstana dair razılığa gəldi

Putin və Si Cin Pin Şanxay Əməkdaşlıq Təşkilatının Potensialının maksimum şəkildə istifadəsinə dair razılığa gəliblər.
Sputnik
BAKI, 25 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Çinin sədri Si Cin Pin Əfqanıstandakı vəziyyət müzakirə edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, tərəflər arasında telefon danışığı baş tutub.
Bildirilir ki, tərəflər Əfqanıstandakı vəziyyəti müzakirə edərkən qeyri sabitliyin qonşu regionlara keçməsinin yolverilməzliyini vurğulayıblar.
Putin və Si Cin Pin Şanxay Əməkdaşlıq Təşkilatının Potensialının maksimum şəkildə istifadəsinə dair razılığa gəliblər.
Qeyd olunur ki, Moskva və Pekin Əfqanıstandan qaynaqlanan terror təhlükələri və narkotik ticarəti ilə mübarizəni gücləndirməyə hazırdır.
Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
* Taliban Rusiyada qadağan olunmuş terror təşkilatıdır.
Həmçinin oxuyun:
Rusiya və Çinin strateji təlimləri: amerikalılara və taliblərə atəşin salamlar