CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toya gedirdilər, çatmadılar

Ötən gün monitorinq səkkiz şadlıq sarayında, üç şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Sputnik
 
BAKI, 24 avqust — Sputnik. Bazar ertəsi, avqustun 23-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 11 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 8 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 66 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Qeyd edək ki, iyunun 1-dən 20 avqust tarixinədək 4865 toyun monitorinqi keçirilib. Monitorinqlər zamanı vəziyyət o qədər də ürəkaçan olmayıb. Müəyyən sahibkarlıq subyektləri və vətəndaşlar normaları pozublar. Bu dövrdə 38 nəfər həbs edilib. 2366 nəfərə inzibati tənbeh tətbiq edilib. 27 nəfər barəsində materiallar məhkəməyə göndərilib. 31 nəfər barəsində cinayət işi başlanılıb.
Bu müddətdə restoran, ictimai iaşə obyektlərində 46 min 899 nəfər COVID-19 pasportu olmadan məclisdə iştirak etmək istəyib, lakin monitorinq qrupu tərəfindən aşkarlanaraq məclislərə buraxılmayıb. Onların arasında potensial COVID-19 xəstələri də olub.
Eləcə də oxuyun:
"COVID-19” pasportun yoxdursa, şənliyə getmə! - STATİSTİKA
Sənət adamları Operativ Qərargahın qərarına üsyan etdilər: Çörçili yada salan da var
Toyların sayı azalsa da, hələ də qapı arxasında qalanlar var
Toy günü qapı arxasında qalanların sayı açıqlandı