BAKI, 22 avqust – Sputnik. Dietoloq Dürdane Keskiner orqanizmdə xolesterinin səviyyəsini dərmansız necə azaltmağın yollarını bildirib.
Onun sözlərinə görə, xolesterinin iki növü var – yaxşı və pis, bunların isə orqanizmdə ahəngini qorumaq lazımdır.
Sputnik Azərbaycan-ın məlumatına görə, “Sözcü” qəzetinə müsahibəsində dietoloq pis xolesterinin səviyyəsini azaldıb, yaxşının miqdarını artırmaq üçün müntəzəm olaraq idmanla məşğul olmağı, artıq çəki ilə mübarizə aparmağı məsləhət görüb. Bundan başqa, qidalanmada müəyyən qaydalara riayət olunmalıdır.
Məsələn, yağ istifadəsini azaltmaq, həmçinin doymuş yağ əvəzinə doymamış yağdan istifadə etmək gərəkdir. Marqarin və salo kimi bərk yağlardan isə qaçınmaq lazımdır.
Keskiner yağlı ət, kolbasa məhsulları, qızartma, fəst-fud məsləhət görmür, süd məhsullarından isə yağsız olanları tövsiyə edir.
Mütəxəssis deyir ki, gün ərzində çoxlu su və lifli qidalar qəbul olunmalıdır.
Pis xolesterinin miqdarını dərmansız, təbii məhsullar və bitkilərlə azaltmaq mümkündür. Bunun üçün Keskiner aşağıdakı qidaları tövsiyə edir:
Eləcə də oxuyun:
Sarıkök sayəsində səhhəti yaxşılaşdırmağın beş üsulu
Həkimlər qaraciyər üçün ən faydalı meyvənin adını açıqladılar
Hər gün sadəcə 1 qaşıq bal yeməyin inanılmaz xeyri
Azərbaycanda "cavanlaşan" xəstəlik: birini adrenalin, digərini süstlük aparır