İDMAN

Olimpiada proqramında yeni idman növü - qar voleybolu

Avropa Volebol Konfederasiyasının 2018-ci ilin oktyabrında təsdiq etdiyi qaydalara görə, qar voleybolunda hərəsi üç nəfərdən ibarət iki komanda oynayır.
Sputnik
BAKI, 22 avqust - Sutnik. Olimpiya Oyunlarının proqramına qar voleybolu daxil edilə bilər. 
Sputnik Azərbaycan Rusiya mıətbuatına istinadən bildirir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyasının rəhbəri Stanislav Şevçenko deyib.
"2026-cı ilin Olimpiya Oyunlarına qar voleybolunun daxil edilmə ehtimalı çox böyükdür. 2022-ci ildə Pekində o, nümayiş olunacaq. Biz bu idman növünü inkişaf etdiririk, odur ki, bizim komandalarımız dərhal qoşula biləcəklər", - Şevçenko deyib.
Avropa Volebol Konfederasiyasının 2018-ci ilin oktyabrında təsdiq etdiyi qaydalara görə, qar voleybolunda hərəsi üç nəfərdən ibarət iki komanda oynayır. Komandada bir ehtiyat oyunçunun olmasına icazə verilir. Oyunlar 16x8 m ölçülü düzbucaqlı, ən az 30 sm qarla örtülmüş, əlavə 2 metr enində boş zonaya malik meydançada keçirilir. 
Çimərlik voleybolunda olduğu kimi, meydançada orta xətt olmur, torun yuxarı həddi kişilər üçün 2,43 m, qadınlar üçün 2,24 m hündürlükdə quraşdırılır. Topun çevrəsi 66-68 sm, çəkisi isə 260-280 q olur.
Voleybolçular qalın geyimdə oynayırlar, papaq qoya, əlcək taxa bilərlər. Əsas olan isə qarda sürüşməyən ayaqqabılardır. Bu səbəbdən oyunçular dişli futbolçu butslarından istifadə edirlər.
Eləcə də oxuyun:
MMA-nı Olimpiya Oyunlarına salmaq daha maraqlı olardı - Həbib Nurməhəmmədov
Yay Paralimpiya Oyunlarında iştirak edəcək komandamızın tərkibi bəlli olub