BAKI, 22 avqust - Sputnik. PSJ-nin argentinalı hücumçusu Lionel Messi "İnter Mayami" futbol klubu ilə danışıqlar aparıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə The Mirror məlumat yayıb. Nəşrin mənbəsinə görə, ABŞ klubunun sahibi, keçmiş ingilis futbolçu Devid Bekhem 34 yaşlı Messinin karyerasını bitirmədən öncə komandasında oynamasını istəyir. Mətbuatda yayılan xəbərlərə görə, Bekhem argentinalı ilə şəxsən görüşüb və bu məsələni müzakirə edib. Messinin Mayamidə bir neçə ev aldığı da qeyd olunur.
Qeyd edək ki, "Barselona"nın sabiq hücumçusu avqustun 10-da Fransanın PSJ klubu ilə iki illik müqavilə imzalayıb. Messi komandada 30 nömrəli forma ilə çıxış edəcək.
Eləcə də oxuyun:
"Yuventus" Ronaldunu satmaq barədə düşünür
Əfsanənin sonu: Messi "Barselona"ya vida etdi