BAKI, 21 avqust — Sputnik. Həkim allergoloq-immunoloq Vladimir Bolibok "Ura.ru"ya verdiyi müsahibəsində bildirib ki, hormonal sistemin xüsusiyyətlərinə görə kişilərin koronavirusdan ölmə ehtimalı daha yüksəkdir. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
Həkimin sözlərinə görə, bu, kişilərdə testosteronun fəaliyyəti ilə əlaqədardır.
"Onlarda antitel yaranma səviyyəsi bir qədər aşağıdır", - deyə mütəxəssis qeyd edib.
Bolibok vurğulayıb ki, qadınların immun sistemi virusun özünə çatır, antitellərin yoluxmuş hüceyrələrə nüfuz etməsi daha asan olur.
"Qadınların bu xüsusiyyətinin mənfi tərəfi də var: daha çox antitellər bədən hüceyrələrinə hücum etdikdə autoimmun xəstəliklərinə tutulma ehtimalı müşahidə olunur", - deyə o əlavə edib.
Bu yaxınlarda həkim bildirib ki, COVID-19-a qarşı immunitet təxminən səkkiz ay davam edir.
Eləcə də oxuyun:
Koronavirus ştammları nə ilə fərqlənir - əlamətlər bunlardır
Koronavirusun mənşəyi ÜST-ə rahatlıq vermir: yeni qrup yaradır
ÜST-ün koronavirus barədə romantik planları