CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Energetika Nazirliyinin səlahiyyəti artırılıb

Edilən dəyişikliyə əsasən, Nazirlik "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna uyğun olaraq enerji auditinin həyata keçirilməsi üçün fiziki şəxslərə ixtisas attestatı verəcək.
Sputnik
BAKI, 20 avqust — Sputnik. Prezident İlham Əliyevin Fərmanı ilə Energetika Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik edilib. Sputnik Azərbaycan xəbər verir ki, edilən dəyişikliyə əsasən, Energetika Nazirliyi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna uyğun olaraq enerji auditinin həyata keçirilməsi üçün fiziki şəxslərə ixtisas attestatı verəcək, habelə enerji idarəçisinin (menecerinin) attestasiyadan keçirilməsində iştirak edəcək.
Nazirlik, həmçinin, eyni qanuna uyğun olaraq, enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrini aparacaq və onların fəaliyyətinə nəzarət edəcək. Bundan başqa, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətini həyata keçirəcək, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin dairəsini müəyyən edəcək, bu sahədə müvafiq tədbirlərinin həyata keçirilməsini təmin edəcək, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin enerji effektivliyi fondundan maliyyələşdirilməsi üçün təkliflər verəcək.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Prezidentinin 22 oktyabr 2013-cü il 3 saylı Sərəncamı ilə yaradılıb. Bundan əvvəl Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi Azərbaycan Respublikasının Prezidentinin 6 dekabr 2004-cü il 150 saylı Fərmanı ilə, Yanacaq və Energetika Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il tarixli 458 nömrəli Fərmanı ilə yaradılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev həmçinin Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanununu da təsdiqləyib.
Eləcə də oxuyun:
Ekspert: “Xarici investisiyanın cəlbi ilə bağlı situasiya qaneedici deyil
Azərbaycanın qeyri-neft ixracatında rekord artım
Ucuz qaz dövrü bitdi. Qazancımız nə olacaq?
Alternativ enerji ətrafında spekulyasiyalar nədən qaynaqlanır? – professor açıqlayır
Prezident SOCAR-da dəyişikliklər etdi: iki yeni vitse-prezident təyin olundu
Rusiya şirkətləri Azərbaycanda "ağıllı şəhər" quracaq
OPEC+ öhdəliyi: Azərbaycan onu artıqlaması ilə yerinə yetirib