BAKI, 15 avqust — Sputnik. Böyük Britaniya Əfqanıstanda diplomatik mövcudluqdan imtina edib və yaxın zamanda səfiri Lori Bristounu və səfirliyin digər əməkdaşlarını Kabildən çıxarmağa hazırlaşır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə The Times Britaniya hökumətindəki mənbələrə istinadən yazır.
"Ehtimal var ki, aeroport bir neçə gündən artıq müqavimət göstərə bilməsin", - Britaniya hökumətindən bildiriblər.
Nəşrin məlumatına görə, Əfqanıstanda diplomatik mövcudluq tam istisna ediləcək, çünki Britaniya hökuməti Talibanın* digər ölkələrin diplomatik missiyalarının əməkdaşlarının həyatına heç bir təhlükə olmayacağı haqda bəyanatlarına inanmır.
Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri Əfqanıstandan 5500 nəfəri çıxarmalıdır. Bunlardan 500 nəfəri səfirliyin əməkdaşları, 2000 nəfəri isə tərcüməçi və xidmət personalı qismindıə işləyən yerlilərdir.
Həmçinin Britaniya ordusu ölkədən hərbi təlimatçıların hazırladıqları əfqan xüsusi xidmətlərinin əməkdaşlarını da çıxarmalıdır.
Qeyd edək ki, bazar günü, avqustun 15-də xəbər yayılıb ki, Taliban artıq Əfqanıstanın 90%-nə nəzarət edir. Bundan öncə isə taliblərin bir gündə beş iri şəhəri ələ keçirdiyi bildirilirdi. Həmin şəhərlər arasında ən irilərdən sayılan Məzari-Şərif də var.
Əfqanıstanda illərdir hökumət qüvvələri Taliban hərəkatı ilə mübarizə aparır. Son aylarda isə taliblər ölkənin böyük ərazilərini ələ keçirərək artıq iri şəhərlərə üz tutublar. Eskalasiya ABŞ ordusunun və NATO üzrə tərəfdaşlarının əsgərlərinin Əfqanıstandan çıxarılması fonunda daha da yüksəlir.
Avqustun əvvəlində taliblər Gilmənd əyalətindəki Ləşkərgah şəhərini tutdular, ayın ortalarına doğru isə Qəznə, Bəlx, Herat, Qəndəhar, Gündüz, Paktiya və digər əyalətlərin daha 15 əsas şəhəri onlara təslim oldu. Əfqanıstanda ümumilikdə 34 əyalət var. Döyüşlər hələ də davam edir. İri şəhərlərdən yalnız Kabil və Pakistanla sərhəddə yerləşən Nanqarhar əyalətinin mərkəzi Cəlalabad hökumət qüvvələrinin nəzarətindədir.
Qərb ölkələrinin KİV-lərində məlumatlar var ki, ay ərzində taliblər Kabilə nəzarəti ələ ala bilərlər.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Taliblər Gilmənd əyalətindəki televiziya mərkəzini ələ keçiriblər
Taliblər taktikanı dəyişirlər: Kabil və Vaşintonun buna cavabı nə olacaq?
Taliblər irəliləyir, ABŞ şəhərləri bombalayır: 100 min qaçqın – bu, hələ başlanğıcdır