BAKI, 12 avqust — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərə müracət edib. Sputnik Azərbaycan xəbər verir ki, subsidiya almaq istəyən fermerlər təkrar əkinləri barədə bəyanını avqustun 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.
Bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. Fermerlər qarğıdalı, günəbaxan, soya, sorqo, darı, kartof bitkilərinindən birinin və ya bir neçəsinin əkinini həyata keçirə bilərlər.
Qeyd edək ki, pambıq, tütün və şəkər çuğunduru bu subsidiya kateqoriyasına aid olmasa da qeyd olunan bitkilərin əkinini aparmış fermerlər məhsul subsidiyası almaq üçün mütləq əkinlərini EKTİS-ə bəyan etməlidirlər. Bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq.
EKTİS - Kənd Təsərrüfatı Nazirliyinin əsas fəaliyyət prinsiplərini (fermerlərə yaxınlığı, şəffaf və səmərəli idarəetməni və innovasiyanın tətbiqini) özündə ehtiva edən, daxili və xarici sistemlər ilə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid bir sistemdir.
EKTİS-də şəffaflıq və operativlik baxımından fermerlərin və kənd təsərrüfatı məhsullarının ilkin mərhələsindən son mərhələsinə qədər bütün biznes prosesləri əhatə edən modulların formalaşdırılmasını özündə ehtiva edir.
Eləcə də oxuyun:
Ermənistanın təcavüzündən aqrar sektora dəymiş ziyanın kompensasiya edilməsinə başlanılıb
Rusiya ilə ticarətimiz arta bilər: Putin xüsusi göstəriş verib
Fermerlərin evi yıxıldı: Kartofa düşən nadir xəstəlik məhsulun yarısını məhv edib
Şəkidə əlacsız kəndlilər heyvanları "həbs etdilər"
"Rosselxoznadzor"un Azərbaycandan pomidor ixracına icazə verdiyi müəssisələr barədə