İsrail səfiri Naxçıvana getdi

Səfir Corc Dik Azərbaycandakı multikultural və tolerant mühiti müsbət qiymətləndirərək əlaqələrimizin gələcəkdə daha da möhkəmlənəcəyini bildirib.
Sputnik
BAKI, 11 avqust - Sputnik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 11-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb.
Sputnik Azərbaycan xəbər verir ki, Ali Məclisin Sədri ölkələrimiz arasındakı münasibətlərdən bəhs edərkən əlaqələrin inkişafında İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyətini xüsusi vurğulayıb.
Muxtar Respublikanın uzun illər blokada şəraitində yaşadığını bildirən Ali Məclisin Sədri kommunikasiyaların bərpasından sonra əlaqələrin müxtəlif sahələrdə - təhsil, səhiyyə, turizm, kənd təsərrüfatı və yeni texnologiyaların tətbiqi istiqamətində genişlənəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, səfir Corc Dik Naxçıvan Muxtar Respublikasına səfərinin əhəmiyyətinə toxunub. Azərbaycandakı multikultural və tolerant mühitdən bəhs edən diplomat əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyini bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Həmçinin oxuyun: 
* "Bakı bəyannaməsi" və İsraillə başlayan yeni dönəm
* Tarixi gün – Azərbaycan ilk dəfə İsraildə nümayəndəlik açdı
* İsrail şirkətləri Azərbaycanda bərpa olunan enerji hərraclarına cəlb olunacaq