CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi

Türkiyə lideri ilk andan etibarən göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəsi adından təşəkkürünü bildirib.
Sputnik
BAKI, 3 avqust - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə mübarizədə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkür edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan rəsmi "Twitter" hesabında paylaşım edib.
"Meşə yanğınları ilə mübarizəmizə dəstəyini, keçmiş olsun diləklərini, başsağlığını göndərən, kömək etməyə hazır olduqlarını bildirən və yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm. İnşallah, bu çətin dövrü ən qısa zamanda keçəcəyik", - Türkiyə lideri yazıb.
"Xüsusilə ilk andan etibarən göstərdikləri dəstəyə görə can Azərbaycanın Prezidenti, dəyərli dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm", - deyə Türkiyə Prezidenti əlavə edib.
O, həmçinin İran Prezidenti İbrahim Rəisi, Qətər əmiri Şeyx Təmim, Xorvatiya Prezidenti Zoran Milanoviç və Ukrayna Prezidenti Vladimir Zelenskiyə də köməklərinə görə təşəkkürünü bildirib.

Türkiyədə dəhşətli yanğınlar

İyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Son 6 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində, son məlumatlara görə, səkkiz nəfər dünyasını dəyişib.
Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşə yanğınları davam edir. Türkiyə rəsmiləri hadisənin terror aktı olduğunu istisna etmirlər. Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib. Yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.
Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.
Eləcə də oxuyun:
Türkiyədəki meşə yanğınlarının Azərbaycanda da təkrarlanmaması üçün nə etməli
Azərbaycanlı ekoloqlardan türkiyəli həmkarlarına dəstək
Türkiyədə son durum - Azərbaycanlı xilasedicilər yanğını lokallaşdırırlar
Karayılan "yandırın" dedi: PKK Türkiyədə meşə yanğınlarını törətdiyini boynuna alıb