QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağı daha da yaşıllşdırmaq öz əlimizdədir - ianə edək!

Erməni işğalçı qüvvələri Qarabağın flora və faunasını məhv edərək bu bölgənin biomüxtəlifliyinə və təbii sərvətlərinə böyük ziyan vurublar
Sputnik
BAKI, 2 avqust — Sputnik. Qarabağın daha da yaşıllaşdırılması üçün #QarabağÜçünİanəEt kampaniyasına başlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Qarabağ Dirçəliş Fondu tərəfindən müvafiq aksiyaya start verilib. Fond tərəfindən ölkə ictimaiyyətinə edilən müraciətdə hazırda qardaş ölkədə davam edən yanğınların, ekoloji qətliamın 30 il ərzində işğal altında olmuş torpaqlarımızda da yaşandığına diqqət çəkilib.
"Türkiyənin böyük bir hissəsinin alovlara büründüyü bir vaxtda demək olar ki, hər bir Azərbaycan vətəndaşı qardaş xalqla öz həmrəyliyini nümayiş etdirir. Eyni zamanda xilasedicilərimiz həyatlarını riskə ataraq türkiyəli yanğınsöndürənlərlə çiyin-çiyinə mübarizə aparır, alovu cilovlamağa çalışırlar. Meşələri qəsdən məhv edənləri, heyvanları məhv edənləri, su ehtiyatlarını çirkləndirənləri - bir sözlə, hər birimizin olan ətraf mühitə ziyan vuranları başa düşmək mümkün deyil. Siyasi baxışlarımızdan asılı olmayaraq heç birimiz başqa bir planetdə yaşamırıq, deməli onlar siyasi rəqiblərinə bu şəkildə zərər verməyə çalışmaqla özlərinə də zərər verirlər. Təəssüf ki, bu gün Türkiyənin üzləşdiyi problem bizim üçün yeni deyil", - deyə müraciətdə vurğulanır.
Daha sonra sənəddə erməni qəsbkarlarının Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında törətdikləri ekoloji qətlimalara diqqət çəkilib.
"Təxminən otuz ildir ki, erməni işğalçı qüvvələri Qarabağın flora və faunasını məhv edərək bu bölgənin biomüxtəlifliyinə və təbii sərvətlərinə böyük ziyan vurublar. Ərazilərin davamlı olaraq yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, qiymətli ağac növlərinin kəsilməsi, faydalı qazıntıların amansızcasına çıxarılması, su mənbələrinə və torpağa zəhərli maddələrin atılması, su terroru və s. buna nümunədir. Bütün bunlar onilliklər ərzində Qarabağda baş verirdi, beynəlxalq ictimaiyyət isə bu biabırçılığa, qanunsuz əməllərə biganə yanaşır, yalnız mənasız bəyanatlar verməklə kifayətlənirdi", - deyə sənəddə bildirilir.
Bundan əlavə sənəddə işğaldan azad olunmuş ərazilərdə zərərin miqyasını daha yaxşı başa düşmək üçün bir neçə nümunələrə istinad edilir.
"Əvvəllər işğal olunmuş Qarabağ ərazisində meşə örtüyünün sahəsi 260 min hektar idi. Deməli, işğal illərində təxminən 54 min hektar meşə örtüyü ermənilər tərəfindən məhv edilib. Ermənilərin özlərinin məlumatına görə, yalnız 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistana nisbətən 2,3 dəfə çox ağac kəsilib (404,800 kubmetr / 175,300 kubmetr). Eldar şamı, qoz, palıd, xurma və s. də daxil olmaqla qiymətli ağac növləri ciddi zərər görüb. Karabakh.Center (www.karabakh.center) saytında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki həmkarlarımızın və müstəqil tədqiqatçıların köməyi ilə Qarabağda erməni işğalçıları tərəfindən törədilmiş EKOSİD haqqında bir çox maraqlı faktlar toplamışıq. Həmin faktlarla üç dildə ətraflı şəkildə tanış ola bilərsiniz. Bu məlumatları oxuyun və paylaşın ki, mümkün qədər çox insan bu cinayətlər haqqında həqiqəti öyrənsin", - deyə müraciətdə bildirilir.
"Hazırda hər birimizin Qarabağın ekologiyasının bərpası prosesini dəstəkləmək imkanı var. Bunun üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayətdir. Fondumuz Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək doğma Qarabağımızda pozulmuş ekoloji tarazlığın bərpasına fəal dəstək verəcək. Siz də bu vacib prosesin bir hissəsi ola bilərsiniz", - deyə müraciətdə qeyd olunur.
İanə etmək üçün aşağıdakı linklərdən istifadə etmək olar:
https://qdf.gov.az/iane-et/
Erməni işğalçılarının Qarabağın ekologiyasına vurduğu ziyanla bağlı məqalələrlə bu linklərlə tanış olmaq olar:
AZ: https://story.karabakh.center/az/qarabagda-ekosid
RUS: https://story.karabakh.center/ru/ekotsid-v-karabakhe
ENG: https://story.karabakh.center/en/ecocide-in-karabakh

Eləcə də oxuyun:
Azərbaycanda da meşə yanğınları başlayıb
Türkiyədə son durum - Azərbaycanlı xilasedicilər yanğını lokallaşdırırlar
Qarabağın işğalı nəticəsində kənd təsərrüfatına dəymiş ziyan hesablanıb
YUNİSEF nümayəndəsindən Qarabağla bağlı etiraf
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib
“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradıldı