BAKI, 1 avqust - Sputnik. Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda günlərdir davam edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verməmək məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının, o cümlədən yanğınsöndürənlərimizin qardaş ölkədəki uğurlu fəaliyyəti davam etməkdədir.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, ölkə başçısının tapşırığına əsasən Türkiyəyə göndərilən yanğınsöndürənlərimiz Muğlanın Marmaris rayonunda daha bir kəndi yanğın təhlükəsindən xilas ediblər.
Bundan əlavə, bölgədə alışma müşahidə olunan daha bir ərazidə yanğın ocağı yanğınsöndürənlərimiz tərəfindən söndürülüb.
Həmçinin oxuyun:
* Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir