BAKI, 29 iyul — Sputnik. Yeni yaradılmış sığorta şirkəti Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) üzv olub. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat verilib.
Xəbərdə qeyd edilir ki, yerli sığorta bazarına yeni daxil olmuş həyat sığortası şirkəti olan "Meqa Həyat" Azərbaycan Sığortaçılar Assosiasiyasına üzv olub. Məlumata görə, yeni sığorta şirkətinin Assosiasiyaya üzvlüyü ASA-nın Müşahidə Şurasının ötən gün keçirilən iclasında təsdiq edilib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə 2021-ci ilin fevral ayının 19-da "Meqa Həyat" ASC-yə 5 il müddətinə lisenziya verilib. Bununla da, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 19-dan 20-yə, həyat sığortası şirkətlərinin sayı isə 4-dən 5-ə çatıb.
Həmçinin oxuyun:
* İcbari tibbi sığorta tətbiq edilir, amma hamı özəl xəstəxanlara axışır - İlginc səbəblər
* Psixoloji xidmət icbari tibbi sığorta zərfinə salına bilər
* Fermerlərin nəzərinə: Kartof sahələrini necə sığortalamaq olar?