CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Patı" təminatçıları iş başında ələ keçdilər

Narkotik vasitə ilə tutulanlardan birinin Lənkəran şəhəri ərazisindəki evlərdən birindən mobil telefon oğurladığı da müəyyən edilib
Sputnik

BAKI, 27 iyul — Sputnik. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və “patı”, “şüşə” kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər Lənkəran rayon sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektorunun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, Lənkəran RPŞ-nin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri Zöhrab İbadov, Ramin Abdullayev, Azər Rüstəmov Sabir Vəliyev saxlanılıblar.

"Patı" təminatçıları iş başında ələ keçdilər

Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. S.Vəliyevin həmçinin Lənkəran şəhəri ərazisindəki evlərdən birindən mobil telefon oğurladığı da müəyyən edilib. Həmin mobil telefon S.Vəliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Lənkəran RPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə rayon sakinləri Ramal Zeynallı, Füqan Qulizadə, Bəhruz Kərimov, Elşad Səfərov Xalid Məmmədli saxlanılıblar. Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə heroin və metamfetamin, 4 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırma davam etdirilir.

Eləcə də oxuyun: