BAKI, 22 iyul - Sputnik. Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskası ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ceyhun Bayramov səfir Kestudis Yankauskasın ölkəmizdə Aİ-nin nümayəndəsi qismində çalışdığı müddətində peşəkar, məqsədyönlü və uğurlu fəaliyyətini vurğulayıb, Azərbaycan və Aİ arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib.
Səfir Kestudis Yankauskas fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. O, Aİ-nin bölgənin sülh və dostluq şəraitində inkişaf etməsində maraqlı olduğunu qeyd edib. Aİ-Azərbaycan tərəfdaşlığında yeni əməkdaşlıq imkanlarından faydalanmağın əhəmiyyətini vurğulayıb.
Görüşdə tərəflər, həmçinin Aİ ilə bağlı baş verən ən son hadisələr, o cümlədən son ay ərzində Azərbaycana həyata keçirilən yüksək səviyyəli səfərlər, eləcə də əməkdaşlıq perspektivləri, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn yüksək səviyyəli görüşünə hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Nazir Ceyhun Bayramov səfir Kestudis Yankauskasa gələcək fəaliyyətində uğurlar arzulayıb.
Eləcə də oxuyun:
Ceyhun Bayramov fransız diplomatlarla sərhəddəki vəziyyəti müzakirə etdi
Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq - İlham Əliyev
Xüsusi nümayəndə: Aİ Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatdır
Biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə bilərik - İlham Əliyev
Aİ Cənubi Qafqazın problemlərinin həllində fəal iştirak etməyə hazırdır