SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xüsusi nümayəndə: Aİ Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatdır

Brüsselin Azərbaycan-Ermənistan sərhədində son günlər artan insidentlərdən narahat olduğunu dilə gətirən Klaar tərəfləri konstruktiv dialoqa dəvət edib.
Sputnik

BAKI, 20 iyul - Sputnik. Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanın dövlət sərhədində baş verənlərdən narahatdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toyvo Klaar çərşənbə axşamı, iyulun 20-də özünün "Twitter" səhifəsində bildirib.

"Azərbaycan-Ermənistan dövlət sərhədində dərin narahatlıq yaradan hadisələr davam edir. Biz yeni itkilər qeydə alınmadan tərəfləri təmkinli olmağa, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv dialoqa çağırışımızı təkrarlayırıq", - Klaar yazıb.

Xüsusi nümayəndə həmçinin Avropa İttifaqının tərəflərə kömək etməyə hazır olduğunu da qeyd edib.

Sərhəddə gərginlik

Müntəzəm olaraq iki ölkənin sərhədində insidentlər baş verir. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.

Bundan sonra Ermənistan ordusunun bölmələri dəfələrlə Azərbaycanın sərhəd boyu yerləşən mövqelərini, eləcə də Qarabağdakı mövqelərimizi atəşə tutub.

Son günlər belə təxribatlar daha da intensivləşib. İyulun 19-u ərzində üç dəfə Naxçıvan ərazisi 

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif çaplı silahlardan atəşə tutulub, bir əsgərimiz yaralanıb.

Eləcə də oxuyun: