BAKI, 16 iyul — Sputnik. "BioNTech" şirkətinin istehsal etdiyi "Pfizer" peyvəndi, Çin istehsalı olan "Sinovac" peyvəndi 10 qat artıq anticisim yaradır. Sputnik Türkiyə xəbər verir ki, Honkonq Universiteti 1442 tibb işçisi üzərində apardığı araşdırmadan sonra bu nəticəyə gəlib.
"Lancet Microbe" jurnalında yayımlanan araşdırmanın nəticəsində qeyd olunur ki, yalnız anticisimlər xəstəliklə mübarizədə uğurlu olmaq üçün kifayət deyil.
Araşdırmada bildirilir ki, "Sinovac" peyvəndi vurulan şəxslərdə anticisimlərin sayı koronavirusa yoluxan və bu virusdan sağalan xəstələrdə "olduğu kimi və ya daha aşağı"dır.
Bildirilir ki, yeni mRNA texnologiyası istifadə edilərək yaradılan "BioNTech" ve "Moderna" şirkətlərinin peyvəndləri, koronavirus və inaktiv virus hissələri istifadə edilməklə hazırlanan peyvəndlərə nisbətən daha yaxşı immunitet yaradır.
Vurğulanır ki, istehsalı, daşınması və saxlanılması daha ucuz olan ənənəvi peyvəndlər daha az zəngin ölkələrdə pandemiya ilə mübarizədə həyatı bir əhəmiyyətə malik oldu.
Yenə də çox həyat qurtardı
Hesabatın hazırlayan alimlərdən biri, epidemioloq Ben Kovlinq başqa bir seçim imkanı yoxsa insanların yenə də "Sinovac" peyvəndi vurdurmalarının vacib olduğunu bildirdi.
"Bir az müdafiənin, heç olmamasından daha yaxşı olduğunu bildirən Kovlinq fikirlərinə belə davam edib: "Mükəmməl olanın yaxşının düşməni olmağına izin verməyin. Gedib inaktiv peyvənd vurdurmaq, gözləyib, heç peyvənd olmamaqdan daha yaxşıdır. İnaktiv peyvənd sayəsində çox həyat qurtarıldı".
Qeyd edək ki, Honkonq 2003-cü ildə SARS epidemiyasından bəri koronavirus araşdırmaları üzrə dünya lideridir.
Honkonqda həm "BioNTech", həm də "Sinovac" peyvəndlərindən istifadə olunur. Hazırda 7,5 milyon əhalisi olan Honkonqun 28% sakininə peyvənd vurulub. İndiyə qədər Honkonq əhalisindən 1,8 milyonuna "Sinovac", 2,6 milyonuna isə "BioNTech" peyvəndi vurulub.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 188,9 milyonu keçib, 4,06 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Eləcə də oxuyun:
Koronavirus keçirmiş şəxslərin bir doza vaksin vurdurması kifayətdir - Nazir müavini
Bu ölkə koronavirus vaksinini məcburi etdi
Azərbaycanda COVID-19-a qarşı üçüncü doza vaksin vurulacaq - Rəsmi
"Pfizer" vaksinini kimlər vurdura bilər? Növbə barədə hər şey
Dünyanın ən iri miqrant vaksinasiyası mərkəzi neçə çalışır?