CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Risk qrupuna aid uşaqlara vaksin vurula bilər - Baş pediatr

Səhiyyə Nazirliyinin yeni baş pediatrı Erkin Rəhimov koronavirus əleyhinə peyvəndin uşaqlara təhlükəsindən danışıb.
Sputnik

BAKI, 9 iyul — Sputnik. RNT texnologiyaları ilə hazırlanan koronavirus əleyhinə vaksinlər 12 yaşdan yuxarı uşaqlara vurula bilər. Bunu bu gün Səhiyyə Nazirliyinin "Instagram" səhifəsində keçirilən canlı yayımda Səhiyyə Nazirliyinin yeni baş pediatrı Erkin Rəhimov bildirib.

O deyib ki, bu peyvəndlərin uşaqlar üçün heç bir təhlükəsi yoxdur: "Risk qrupuna daxil olan uşaqlara, kimin üçün əlçatandırsa, RNT texnologiyaları ilə hazırlanan peyvənd vurdurula bilər", - deyə baş pediatr bildirib.

Erkin Rəhimov risk qrupuna aid uşaqlara vaksinin vurulmasını tövsiyə edib. O deyir ki, risk qrupu dedikdə xroniki xəstəlikləri olan uşaqlar nəzərdə tutulur. O, həmçinin qeyd edib ki, ana südü və vaksinasiya uşaq ölümlərinin qarşısını alır.

Baş pediatr uşaqların vaksinasiyasının əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, dünyada 4-5 milyon uşaq peyvənd olunduğu üçün həyatda qalıb: "Bir milyondan çox uşaq isə peyvənd olunmadığı üçün həyatını itirib", - deyə baş pediatr bildirib.

Azərbaycanda vaksinasiya 

Ölkəmizdə 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Əvvəlcə vaksinasiyada Çinin SinoVac şirkətinin peyvəndindən istifadə olunsa da, bir müddət sonra "AstraZeneca", "Pfizer" və Rusiya istehsalı olan "Sputnik V" vaksinlərinin tətbiqinə də icazə verilib.

Eləcə də oxuyun: