BAKI, 6 iyul — Sputnik. Vaşinqtonda bilməlidirlər ki, Moskva ilə güc mövqeyindən dialoq aparmaq cəhdləri iflasa məhkumdur – bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrov İndoneziya KİV-nə bəyan edib.
"Dostcasına olmayan hərəkətlərə sərt və qətiyyətlə cavab verəcəyik", – deyə nazir vurğulayıb.
Lavrovun sözlərinə görə, Cenevrədə Vladimir Putin aydın şəkildə bildirib ki, bütün sahələrdə nəticə yalnız paritet əsasda qarşılıqlı məqbul maraqlar balansını tapmaq yolu ilə mümkündür.
"Müzakirələrdə heç bir etiraz səslənmədi, ancaq görüşdən dərhal sonra Vaşinqton əvvəlkindən ikiqat güclə köhnə notasiyalara və Rusiyaya qarşı tələblər irəli sürməyə başladı", - deyə diplomat bildirib.
Cenevrə görüşü
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ dövlət başçısı Co Baydenin ilk görüşü iyunun 16-da İsveçrədə baş tutub. Hər iki tərəfin fikrincə, görüş konstruktiv əhval-ruhiyyədə keçib: dövlət başçıları bəzi məsələlərdə ortaq məxrəcə gəlib və strateji sabitlik barədə məsləhətləşmələrə başlamağa dair fikir razılığı əldə olunub.
Eləcə də oxuyun:
Rusiya Fars körfəzi üçün təhlükəsizlik konsepsiyası hazırlayır - Lavrov
Rusiya XİN Avropada hərbi-siyasi vəziyyətin deqradasiyasını qeyd edib