BAKI, 3 iyul - Sputnik. Tokionun cənub-qərbində yerləşən Sidzuoka prefekturasının Amami şəhərində güclü torpaq sürüşməsi olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, Kiodo agentliyi 20 nəfərin xəsarət aldığını, 10 evin dağıldığını bildirib.
Məlumat verilir ki, hadisə yerli vaxtla səhər 10 radələrində baş verib. Fəlakət zonasında axtarış xilasetmə əməliyyatı başlanıb.
Sidzuoka prefekturasının rəhbərliyi Yaponiya müdafiə qüvvələrindən insanların axtarışı üçün yardım istəyib.
Son günlərdə fəlakət zonasında arasıkəsilmədən leysan yağır. Meteoroloqların məlumatına görə, Sidzuoka prefekturasına son 48 saat ərzində 300 millimetrdən çox yağıntı düşüb.
Eləcə də oxuyun:
Mərmərə dənizini necə xilas etməli?
Yaxın üç gün ərzində gözlənilən hava şəraiti açıqlandı
Köhnə su quyusunun yenilənməsi bədbəxt hadisə ilə nəticələnib - FOTOLAR