CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Danimarka millisi Bakıda Çexiya yığmasını məğlub edərək Avro-2020-nin yarımfinalına çıxdı

AVRO-2020 yarımfinalında 1992-ci ilin Avropa çempionları Ukrayna-İngiltərə qarşılaşmasının qalibi ilə üz-üzə gələcəklər.
Sputnik

Futbol üzrə Danimarka yığma komandası Avropa çempionatının dörddəbir final oyununda Çexiya millisinə qalib gəlib.

Şənbə günü Bakıda keçirilmiş oyun 2:1 hesabı ilə danimarkalıların xeyrinə başa çatıb. Qalib komandanın heyətində qolları Tomas Dileyni (5-ci dəqiqə) və Kasper Dolberq (42) vurublar. Çexiya komandasının heyətində isə qolu Patrik Şik vurub (49).

Turnirin son yarımfinalçısı və Danimarka millisinin növbəti rəqibi bu gün Romada keçiriləcək Ukrayna-İngiltərə oyununda müəyyən olunacaq.