BAKI, 25 iyun — Sputnik. TƏBİB uşaqlar arasında koronavirusa yoluxma riskini açıqlayıb. TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bildirib ki, uşaqlarda koronavirus yüngül əlamətlərlə özünü büruzə verir.
O bildirib ki, uşaqlarda virusun simptomları özünü az büruzə verir: "Onlar daha çox yoluxma mənbəyi kimi olur. Bəzi hallarda qızdırma, ürəkbulanma müşahidə edilir, eyni zamanda kəskin virus infeksiyaları kimi özünü göstərir. Böyük əksəriyyəti sağalma ilə nəticələnir".
TƏBİB səlahiyyətlisi həmçinin uşaqlara vaksin vurulması məsələsinə də toxunub. O bildirib ki, hazırda ölkədə qəbul olunmuş strategiyaya uyğun olaraq yalnız 18 yaş üzəri vətəndaşlara vaksin vurulması tövsiyə edilir. Uşaqlara vaksin vurulması məsələsini isə mütəxəssislər müzakirə edirlər. N.Mustafayeva əlavə edib ki, bununla bağlı müsbət qərar olarsa, bu barədə ictimaiyyətə açıqlama veriləcək.
Eləcə də oxuyun:
TƏBİB-dən koronavirusun Hindistan ştammı ilə bağlı xəbərdarlıq
Azərbaycanda koronavirus: yoluxma sayı da artdı, ölüm də
Virusoloq: Hindistan ştammından qorunmaq üçün beş dəfə çox anticisim lazımdır