BAKI, 25 iyun — Sputnik. Mirzə Fətəlli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "26 İyun – Narkomaniya və Narkobizneslə Mübarizə Günü" adlı virtual sərgi hazırlanıb. Sputnik Azərbaycan xəbər verir ki virtual sərgidə mövzu ilə əlaqədar kitablar, məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.
Qeyd edək ki, BMT baş Assambleyası 1987-ci ildə narkomaniyaya dair problemlərin daim ictimaiyyətin diqqətində saxlanması məqsədi ilə iyun ayının 26-nı Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü elan edib. Bu gün narkomaniya bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən təhlükə mənbəyidir. Narkomaniya eyni zamanda yoluxucu xəstəliklər mənbəyidir və bu HİV virusu, QİÇS, hepatitlər və s. infeksion xəstəliklərə yoluxma şansını artıran bir vasitədir.
Azərbaycan Respublikası ərazisində narkomaniya və narkobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması hökumətin və dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir.
Qəbul olunan qanunun və normativ aktların məqsədi narkotiklərin dövriyyəsi ilə bağlı sosial, iqtisadi, hüquqi münasibətlərdə baş verən dəyişiklikləri özündə əks etdirməkdir. Bununla yanaşı, ölkədə hüquq-mühafizə orqanları səviyyəsində də narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı lazımi mübarizə aparılır.
Eləcə də oxuyun:
Kriminal qiraət: Damda əməliyyat, səbirsiz toy sahibi və iyunun 25-nin digər hadisələri
Bakının hər rayonunda saxlanc yerləri varmış - nəhəng şəbəkənin üstü açıldı
Azərbaycan sərhədini pozmağa cəhd göstərən cinayətkar zərərsizləşdirilib
Samuxda çətənə yabanı bitir, amma "mədəni" şəkildə istifadə edilir