BAKI, 25 iyun — Sputnik. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə iyunun 24-də saat 19 radələrində A.M.Cümə küçəsində “Chevrolet” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Məmmədovun, sərnişinləri N.Canıyev və M.Abıyevin xuliqanlıq zəminində Səxavət Məmmədovu döymələri nəticəsində onun hadisə yerində ölməsi barədə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən K.Məmmədov, N.Canıyev və M.Abıyev saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanıb.
Qeyd edək ki, Məmmədov Səxavət Səfər oğlu Azərbaycan Avtomobil Federasiyasının üzvüdür. Məlumata görə, federasiyanın əməkdaşı Məmmədov Səxavət Səfər oğlu 24 iyun 2021-ci il tarixdə axşam saatlarında Azərbaycan Avtomobil Federasiyasına məxsus yük avtomobili ilə hərəkət edərkən Nərimanov rayonu ərazisində digər avtomobildəki tanımadıqları şəxslər tərəfindən hücuma məruz qalıb.
Qeyd edək ki, Səxavət Məmmədov ailəli və iki azyaşlı uşaq atası idi.
Xatırladaq ki, bir neçə gün öncə Şirvanda da bənzər hadisə baş vermişdi. Şirvanda 40 yaşlı kişi avtobusda mübahisə zəminində qətlə yetirilmişdi.
Eləcə də oxuyun:
Lənkəranda iki nəfərin qətlinin təfərrüatı
Qaxdakı partlayışın ürəkparçalayan təfərrüatı: toya hazırlaşırdı...
Günün kriminal mənzərəsi: Minalar, narkotiklər, qətllər və dələduzluq