BAKI, 23 iyun — Sputnik. SabBu gündən paytaxtda 204 nömrəli marşrut xətti üzrə ("Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin "Sovxoz" adlanan ərazisinə qədər) hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.
Xatırladaq ki, mayın 25-dən 184 nömrəli marşrut xətti ("Ulduz" m/s – Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda da gediş haqqının"BakıKart" vasitəsilə ödənilməsinə başlanılıb. İndiyədək paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir. Nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırılması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.
Eləcə də oxuyun:
Bakıda yeni mövsüm başlayır: dəyişikliklər var
Neqativi başqasına ötürənlər: onlardan adi halda ağır söz, təhqir eşidə bilərsən