BAKI, 22 iyun — Sputnik. Azərbaycan paytaxtında iyunun 22-də "Xatırlayırıq" (#МЫПОМНИМ) adlı beynəlxalq aksiya keçirilib.
Tədbirdə Bakıdakı Rusiya Evinin əməkdaşları, eləcə də Azərbaycanda yaşayan həmvətənləri iştirak ediblər.
Abşeron Milli Parkına toplaşan iştirakçılar Böyük Vətən Müharibəsində faşizmlə mübarizə aparan yaxınlarının, əzizlərinin adlarını yazdıqları kağız gəmiləri Xəzər dənizinin sularına buraxıblar.
Böyük Vətən Müharibəsinin başlanmasından 80 il ötür
Bu il Böyük Vətən Müharibəsinin başlanmasından səksən il ötür. 1941-ci il iyunun 22-də səhər alatoranda faşist Almaniyası SSRİ-yə qarşı elan edilməmiş müharibəyə başlayıb.
1941-ci ilin 22 iyununda Azərbaycan SSR də bütün sovet respublikaları ilə birgə müharibəyə qoşuldu.
Rusiya prezidentinin 1996-cı il fərmanı ilə hər il iyunun 22-də anım və xatirə günü qeyd olunur.
Eləcə də oxuyun: