BAKI, 18 iyun — Sputnik. Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə "Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimi iyun ayının 21-də başlayacaq.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə təlimin planlaşdırılması, ona hazırlıq prosesi, gedişi və mərhələlər üzrə icra olunan tapşırıqlar barədə ətraflı brifinq təqdim edilib.
"Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 təyyarələri iştirak edəcək.
Eləcə də oxuyun:
Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib
AZAL-da qadın pilotlar işə başladılar