İDMAN

Niderland millisi Ukrayna yığmasına qalib gəldi

AVRO-2020-də C qrupunda birinci turda keçirilən ikinci görüş də çox maraqlı mübarizə şəraitində keçib.
Sputnik

BAKI, 14 iyun — Sputnik. Futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib. Amsterdamda Niderland yığması Ukrayna millisi ilə qarşılaşıb.

C qrupunun oyunu çox gərgin şəraitdə keçib və Niderlandın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə qol vurulmayıb. 

İkinci hissədə 52-ci dəqidədə Corcinyo Veynaldum hesabı açıb, 59-cu dəqiqədə isə Vaut Veqhorst fərqi iki topa çatdırıb.

Ukraynalı Andrey Yarmolenko 75-ci dəqiqədə fərqi azaldıb, Roman Yaremçuk isə 79-cu dəqiqədə hesabı bərabərləşdirib.

85-ci dəqiqədə isə niderlandlı Denzel Dyomfris oyunda sonuncu qolu vurub - 3:2.

C qrupunun digər oyununda Avstriya Şimali Makedoniyaya 3:1 hesabı ilə qalib gəlib.