İDMAN

Reuters: Eriksseni AVRO-2020 oyununda meydandan çıxaranda əlini qaldırdı

Reuters agentliyinin fotoqrafı bildirib ki, həkimlər danimarkalı Kristian Eriksseni özünə gətirməyi bacarıblar.
Sputnik

Avropa çempionatının Danimarka-Finlandiya oyunu zamanı meydandan çıxarılıb aparılarkən danimarkalı futbolçu Kristian Erikssen əlini qaldırdı.

Danimarka millisinin futbolçusu Kristian Erikssen AVRO-2020-nin oyununda huşunu itirib

Bunu Reuters özünün fotoqrafının məlumatına istinadən yayıb.

 

Rusiya millisinin də yer aldığı B qrupunun oyunu şənbə günü Kopenhagendə başlayıb. Birinci taymın lap sonunda Erikssen huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər oyunçuya ilkin yardım göstəriblər, ürəyin bilvasitə masajını ediblər. Sonra futbolçunu tribuna altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər. 

Reuters öz fotoqrafına istinadən bildririr ki, meydandan çəxarılanda Erikssen əlini qaldırıb.