FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakı AVRO-2020 ərəfəsində - şəhərdən fotolar

Sputnik

Bu gün, iyunun 12-də, böyük futbol Bakıya gəlir və özü ilə şəhərimizə idman bayramı əhval-ruhiyyəsi bəxş edir. Azərbaycan paytaxtının müxtəlif yerlərində maraqlı installyasiyalar - çempionatın rəsmi topunun maketləri, AVRO-2020-nin loqosunun təsvir edildiyi bannerlər qurulub.

Şəhərin mərkəzində, Nizami küçəsi ilə Fəvvarələr meydanının kəsişməsində iştirakçı ölkələrin ipdən asılmış formalarından installyasiya düzəldilib. Artıq şəhərdə müxtəlif ölkələrin azarkeşlərinə də rast gəlmək olar. Onlar öz bayraqları ilə Bakının küçələrini gəzirlər, müxtəlif məkanlarda əylənirlər və səbirsizliklə komandalarının oyunlarını gözləyirlər.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu Futbol üzrə Avropa Çempionatının dörd oyununa ev sahibliyi edəcək. Onlardan üçü: İsveçrə–Uels (12 iyun), Türkiyə–Uels (16 iyun) və İsveçrə–Türkiyə (20 iyun) komandaları arasında baş tutacaq "A" qrupunun oyunlarıdır.

Azərbaycanın paytaxtı, eləcə də AVRO-2020-nin 1/4 final oyunlarından birinə də ev sahibliyi edəcək. Həmin oyun isə iyulun 3-də baş tutacaq.

Onlara karantin yoxdur

Onu da qeyd edək ki, Azərbaycanda keçiriləcək AVRO-2020-nin qrup oyunlarına gələcək azarkeşlər koronavirus pandemiyası səbəbindən karantinə alınmayacaqlar. Türkiyə, İsveçrə və Böyük Britaniyadan olan bilet sahibləri, həmçinin 1/4 final iştirakçılarının azarkeşləri vizaları Bakıya çatarkən hava limanında əldə edəcəklər. Onlar bu sənədi onlayn şəkildə də ala bilərlər. Standart vizalar onlayn rejimdə üç iş gününə alınırsa, bunu təcili şəkildə 3-5 saata həll etmək mümkün olacaq.

Bütün azarkeşlərə müvafiq qaydalara əməl etmək tövsiyə olunacaq. Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir. Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq. Koronavirus pandemiyası nəzərə alınaraq Bakıda fan-zonalar təşkil edilməyəcək. Bu, insanların bir yerə toplaşmaması üçündür.

1 / 12
Bakıda küçədə futbol üzrə Avropa çempionatı AVRO-2020-nin simvolu ilə installyasiya.
2 / 12
Bakının mərkəzində futbol formalarından ibarət installyasiya.
3 / 12
İnsanlar Bakıda AVRO-2020-nin rəsmi topunun maketinin yanından keçirlər.
4 / 12
Qadın Bakıda AVRO-2020-yə həsr edilmiş installyasiyanın fotosunu çəkir.
5 / 12
Bakıda küçədə AVRO-2020-yə həsr edilmiş bannerlər.
6 / 12
Bakıda küçədə futbol üzrə Avropa çempionatı AVRO-2020-nin simvolu ilə installyasiya.
7 / 12
Bakının mərkəzində futbol formalarından ibarət installyasiya.
8 / 12
Bakıda AVRO-2020-nin rəsmi topunun maketi
9 / 12
Bakıda küçədə AVRO2020-yə həsr edilmiş bannerlər
10 / 12
Bakıda AVRO-2020-nin rəsmi topunun maketində çempionatın loqosu.
11 / 12
Bakıda küçədə futbol üzrə Avropa çempionatı AVRO-2020-nin simvolu ilə installyasiya.
12 / 12
İsverçrəli azarkeşlər Bakıda küçədə.