FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakı AVRO-2020 ərəfəsində - şəhərdən fotolar

Abunə olmaq
Futbol üzrə 16-сı Avropa çempionatı ərəfəsində Bakının müxtəlif yerləri qeyri-adi installyasiyalar ilə bəzədilib. Paytaxtımızın AVRO-2020 ərəfəsində necə göründüyünü Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

Bu gün, iyunun 12-də, böyük futbol Bakıya gəlir və özü ilə şəhərimizə idman bayramı əhval-ruhiyyəsi bəxş edir. Azərbaycan paytaxtının müxtəlif yerlərində maraqlı installyasiyalar - çempionatın rəsmi topunun maketləri, AVRO-2020-nin loqosunun təsvir edildiyi bannerlər qurulub.

Şəhərin mərkəzində, Nizami küçəsi ilə Fəvvarələr meydanının kəsişməsində iştirakçı ölkələrin ipdən asılmış formalarından installyasiya düzəldilib. Artıq şəhərdə müxtəlif ölkələrin azarkeşlərinə də rast gəlmək olar. Onlar öz bayraqları ilə Bakının küçələrini gəzirlər, müxtəlif məkanlarda əylənirlər və səbirsizliklə komandalarının oyunlarını gözləyirlər.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu Futbol üzrə Avropa Çempionatının dörd oyununa ev sahibliyi edəcək. Onlardan üçü: İsveçrə–Uels (12 iyun), Türkiyə–Uels (16 iyun) və İsveçrə–Türkiyə (20 iyun) komandaları arasında baş tutacaq "A" qrupunun oyunlarıdır.

Azərbaycanın paytaxtı, eləcə də AVRO-2020-nin 1/4 final oyunlarından birinə də ev sahibliyi edəcək. Həmin oyun isə iyulun 3-də baş tutacaq.

Onlara karantin yoxdur

Onu da qeyd edək ki, Azərbaycanda keçiriləcək AVRO-2020-nin qrup oyunlarına gələcək azarkeşlər koronavirus pandemiyası səbəbindən karantinə alınmayacaqlar. Türkiyə, İsveçrə və Böyük Britaniyadan olan bilet sahibləri, həmçinin 1/4 final iştirakçılarının azarkeşləri vizaları Bakıya çatarkən hava limanında əldə edəcəklər. Onlar bu sənədi onlayn şəkildə də ala bilərlər. Standart vizalar onlayn rejimdə üç iş gününə alınırsa, bunu təcili şəkildə 3-5 saata həll etmək mümkün olacaq.

Bütün azarkeşlərə müvafiq qaydalara əməl etmək tövsiyə olunacaq. Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir. Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq. Koronavirus pandemiyası nəzərə alınaraq Bakıda fan-zonalar təşkil edilməyəcək. Bu, insanların bir yerə toplaşmaması üçündür.

© Sputnik / Murad OrujovBakıda küçədə futbol üzrə Avropa çempionatı AVRO-2020-nin simvolu ilə installyasiya.
Люди проходят рядом с макетом официального мяча чемпионата Европы по футболу в Баку, фото из архива  - Sputnik Azərbaycan
1/12
Bakıda küçədə futbol üzrə Avropa çempionatı AVRO-2020-nin simvolu ilə installyasiya.
© Sputnik / Murad OrujovBakının mərkəzində futbol formalarından ibarət installyasiya.
Уличная инсталляция из футбольных маек в центре Баку - Sputnik Azərbaycan
2/12
Bakının mərkəzində futbol formalarından ibarət installyasiya.
© Sputnik / Murad Orujovİnsanlar Bakıda AVRO-2020-nin rəsmi topunun maketinin yanından keçirlər.
Люди проходят рядом с макетом официального мяча чемпионата Европы по футболу в Баку, фото из архива  - Sputnik Azərbaycan
3/12
İnsanlar Bakıda AVRO-2020-nin rəsmi topunun maketinin yanından keçirlər.
© Sputnik / Murad OrujovQadın Bakıda AVRO-2020-yə həsr edilmiş installyasiyanın fotosunu çəkir.
 Женщина фотографирует инсталляцию, посвященной Евро-2020 в Баку - Sputnik Azərbaycan
4/12
Qadın Bakıda AVRO-2020-yə həsr edilmiş installyasiyanın fotosunu çəkir.
© Sputnik / Murad Orujov Bakıda küçədə AVRO-2020-yə həsr edilmiş bannerlər.
Баннеры с символикой чемпионата Европы по футболу ЕВРО-2020 в Баку - Sputnik Azərbaycan
5/12
Bakıda küçədə AVRO-2020-yə həsr edilmiş bannerlər.
© Sputnik / Murad OrujovBakıda küçədə futbol üzrə Avropa çempionatı AVRO-2020-nin simvolu ilə installyasiya.
Уличная инсталляция с символикой чемпионата Европы по футболу ЕВРО-2020 в Баку - Sputnik Azərbaycan
6/12
Bakıda küçədə futbol üzrə Avropa çempionatı AVRO-2020-nin simvolu ilə installyasiya.
© Sputnik / Murad OrujovBakının mərkəzində futbol formalarından ibarət installyasiya.
Уличная инсталляция из футбольных маек на улице в Баку - Sputnik Azərbaycan
7/12
Bakının mərkəzində futbol formalarından ibarət installyasiya.
© Sputnik / Murad OrujovBakıda AVRO-2020-nin rəsmi topunun maketi
Макет официального мяча чемпионата Европы по футболу в Баку, фото из архива  - Sputnik Azərbaycan
8/12
Bakıda AVRO-2020-nin rəsmi topunun maketi
© Sputnik / Murad Orujov Bakıda küçədə AVRO2020-yə həsr edilmiş bannerlər
Баннеры с символикой чемпионата Европы по футболу ЕВРО-2020 в Баку - Sputnik Azərbaycan
9/12
Bakıda küçədə AVRO2020-yə həsr edilmiş bannerlər
© Sputnik / Murad OrujovBakıda AVRO-2020-nin rəsmi topunun maketində çempionatın loqosu.
Логотип Евро-2020 на макете официального мяча чемпионата Европы по футболу в Баку, фото из архива  - Sputnik Azərbaycan
10/12
Bakıda AVRO-2020-nin rəsmi topunun maketində çempionatın loqosu.
© Sputnik / Murad OrujovBakıda küçədə futbol üzrə Avropa çempionatı AVRO-2020-nin simvolu ilə installyasiya.
Уличная инсталляция с символикой чемпионата Европы по футболу ЕВРО-2020 в Баку - Sputnik Azərbaycan
11/12
Bakıda küçədə futbol üzrə Avropa çempionatı AVRO-2020-nin simvolu ilə installyasiya.
© Sputnik / Murad Orujovİsverçrəli azarkeşlər Bakıda küçədə.
Болельщики из Швейцарии на улице в Баку - Sputnik Azərbaycan
12/12
İsverçrəli azarkeşlər Bakıda küçədə.
Xəbər lenti
0