CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AVRO-2020-də Danimarka-Finlandiya matçı 22:30-da davam edəcək

Komandalar birinci taymın 4 dəqiqəsini oynayandan sonra 5 dəqiqə fasilə verəcək, sonra isə növbəti 45 dəqiqəyə başlayacaqlar.
Sputnik

Danimarkalı oyunçu Kristian Erikssenin huşunu itirməsi səbəbilə dayandırılan futbol üzrə Avropa çempionatının Danimarka-Finlandiya oyunu Bakı vaxtı ilə 22:30-da davam etdiriləcək. 

Rusiya millisinin də yer aldığı B qrupunun Danimarka-Finlandiya oyunu şənbə günü Kopenhagendə başlayıb. Birinci taymın lap sonunda Erikssen huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra futbolçunu pərdə ilə örtülü xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

 

"Kristian Erikssenin huşu özünə gəlib, vəziyyəti stabildir. Finlandiyaya qarşı oyun CET vaxtı ilə 20:30-da başlayacaq", - Danimarka Futbol İttifaqının məlumatında deyilir.

UEFA-nın mətbuat xidməti bildirib ki, komandalar birinci taymın 4 dəqiqəsini oynayandan sonra 5 dəqiqə fasilə verəcək, sonra isə növbəti 45 dəqiqəyə başlayacaqlar.