BAKI, 10 iyun — Sputnik. AFFA Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı bir sıra qurumlara biletlərin ayrılması barədə qərar qəbul edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, korporativ sosial məsuliyyət təşəbbüsü ilə "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu uşaqların reabilitasiya mərkəzi, "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası İctimai Birliyi, YAŞAT fondu, LU-MUN, Qadın və Uşaq Sığınacağı, koronavirus pandemiyası dövründə fəaliyyət göstərən tibb işçiləri (onların övladları) bitetlə təmin edilib.
İyunun 12-də keçiriləcək Uels – İsveçrə oyunu üçün ayrılmış biletlər iyunun 10-da Bakı Olimpiya Stadionunda AFFA-nın nümayəndəsinin iştirakı ilə sözügedən qurumlara bu və ya digər şəkildə aidiyyəti olan uşaqlara, eləcə də onları müşayiət edən şəxslərə təqdim olunub.
Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Həmçinin oxuyun:
Miqrasiya Xidmətindən əcnəbilərə AVRO-2020 ilə bağlı xəbərdarlıq
Futbol əhval-ruhiyyəsi: AVRO-2020 ərəfəsində Bakıda rəngərəng parad
AVRO-2020-nin Bakıda keçiriləcək görüşünü futbolumuzla tanış olanlar idarə edəcəklər