BAKI, 7 iyun — Sputnik. Qazaxıstan Respublikasının Baş nazirin müavini – xarici işlər naziri Muxtar Tileuberdi səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Respublikasının səfiri Rəşad Məmmədovu qəbul edib. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.
Qazaxıstanın xarici işlər naziri səfirin ikitərəfli siyasi, ticarət-iqtisadi və mədəni-humanitar münasibətlərin inkişafına verdiyi mühüm töhfələri qeyd edib. Xəzər dənizinin dibi ilə optik-lifli rabitə xəttinin tikintisi ilə əlaqədar sazişin imzalanması, "Azərsun" logistika mərkəzinin və "Morport Aktau" ATZ ərazisində transformator zavodunun tikintisi, Mangistau vilayəti ərazisində plastik boruların istehsalı zavodunun işə salınması onun Qazaxıstanda 13 illik diplomatik fəaliyyəti zamanı həyata keçirilib.
Nazir, Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin Fərmanına əsasən, R.Məmmədova ikitərəfli münasibətlərin inkişafına verdiyi şəxsi töhfələrə görə 2-ci dərəcəli "Dostık" ordenini təqdim edib.
Eləcə də oxuyun:
Azərbaycan Prezidentindən türk dünyasının böyük ədibinə jest
Qazaxıstan prezidenti İlham Əliyevə zəng edib
Türk dünyasının ağsaqqalı Azərbaycan Prezidentini təbrik edib