BAKI, 7 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin bazar ertəsi, iyunun 7-də Avropa Şurasının (AŞ) sədri Şarl Mişellə telefon əlaqəsi saxlayıb. Sputnik Azərbaycan Kremlin rəsmi saytına istinadən xəbər verir ki, telefon danışığı zamanı Qarabağ, Belarus, Liviyadakı vəziyyət, eləcə də digər məsələlər müzakirə olunub.
Rusiya və AŞ arasında münasibətlər
Söhbət əsnasında tərəflər ətrafı şəkildə Rusiya və AŞ arasında münasibətləri, habelə bir sıra aktual beynəlxalq problemləri nəzərdən keçiriblər.
Konkret olaraq, Putin bildirib ki, Rusiya və Avropa İttifaqının (Aİ) bir-biri üçün ticarət və investisiyalar sahəsində çox əhəmiyyətli tərəfdaş olmalarına rəğmən, ikitərəfli münasibətlərin hazırkı səviyyəsini qənaətbəxş adlandırmaq olmaz. Onun fikrincə, praqmatizm və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa qayıdış ümumi maraqlara xidmət edə bilər.
Tərəflər səhiyyə, iqlim, regional münaqişələrin həlli kimi konkret istiqamtələrdə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsinin vacibliyini ifadə ediblər.
Koronavirusla mübarizə
Telefon əlaqəsi zamanı həmçinin COVID-19 virusunun yayılmasına qarşı mübarizə məsələləri, o cümlədən Rusiyanın "Sputnik V" peyvəndinin Aİ-də sertifikat alması perspektivləri və pandemiyaya qarşı məhdudiyyətlərə riayət olunması şərti ilə vətəndaşların qarşılıqlı səfərləri üçün şəraitin yaradılması da müzakirə olunub.
Beynəlxalq siyasət və xüsusilə Qarabağ
Söhbət əsnasında üçtərəfli bəyanatların ardıcıl həyata keçirilməsinin vacibliyi nəzərə alınmaqla Qarabağ ətrafında yaranmış vəziyyət də müzakirə olunub. Prioritet məsələ kimi tərəflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, əhalinin humanitar problemlərinin həllini qeyd ediblər. Şarl Mişel bu istiqamətdə, o cümlədən ATƏT-in Minsk qrupunun xətti ilə atılan addımları dəstəklədiyini ifadə edib.
Söhbət zamanı Putin həmçinin Aİ tətəfindən Belarusa sanksiyalar yolu ilə təzyiq göstərilməsinə dair atılan əlavə addımları, eləcə də bu suveren dövlətin daxili işlərinə istənilən müdaxilə cəhdlərini pisləyib.
Liviyada yaranmış vəziyyəti müzakirə edərkən tərəflər siyasi proseslərə yardımın davam edirilməsi və keçid dövrü üçün formalaşdırılmış hakimiyyət orqanlarına dəstək göstərilməsinə tərəfdar oldularını bildiriblər.
Eləcə də oxuyun:
Qarabağda ölmək şərəfdir: Jurnalistlər minaya düşərək həlak olan həmkarları barədə
ATƏT Qarabağ münaqişəsinin tərəfləri ilə dil tapmağa çalışır