CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan nefti bahalaşmaqda davam edir

"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Sputnik

BAKI, 4 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,52 dollar artaraq 71,80 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,07 dollar artaraq 71,38 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,09 dollar bahalaşaraq 68,90 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Qiymət niyə qalxdı?

OPEC+ ölkələrinin hasilatı gözlənildiyindən daha az artırması və qlobal tələbatın çoxalması neftin qiymətini yüksəldib. Bundan başqa, ABŞ-da həftəlik xam neft ehtiyatlarının sürətlə azalması haqqında məlumat dərc edildikdən sonra neftin qiyməti bahalaşmaqda davam edib.

Xatırladaq ki, OPEC+ ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən 17-ci iclasında iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Toplantıda Azərbaycan da "Əməkdaşlıq Bəyannaməsi" iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 milyon barel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.

Qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində Azərbaycanın hasilatın azaldılması barədə öhdəliyi iyulda gündəlik 98 min barel olaraq qalacaq. Bu isə o deməkdir ki, xam neft hasilatı 10 min barel artırılacaq. Beləliklə, iyul ayında ölkədə xam neft hasilatı gündəlik 620 min barel həcmində saxlanılacaq.

OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin nazirlərinin 18-ci toplantısı videokonfrans formatında iyulun 1-də keçiriləcək.

Eləcə də oxuyun:

  • “Lukoil” “Dostluq” yatağının operatoru olmaq niyyətindədir

  •  SOCAR rəsmisi benzin qiymətlərindəki artımın səbəblərini açıqlayır

  • Neft bazarında nə baş verir və qiymət artımı harayadək davam edəcək?

  •  Azərbaycanda taxtanın qiymətləri qalxdı: Rusiya ilə bağlı səbəb var