BAKI, 4 iyun - Sputnik. "Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Baydenlə görüşdə istənilən mövzu ilə bağlı danışmağa hazırdır".
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, görüşün nə qədər davam etməsi ilə bağlı vaxt məhdudiyyəti yoxdur.
"İki ölkənin liderləri - Vladimir Putin və Co Baydenin görüşü istədikləri müddətcə davam edəcək. Əlbəttə ki, Belarusla yanaşı bir çox suallar var ... bu suallar verilərsə, qiymətləndirmələr təqdim olunarsa, Rusiya tərəfi hər zaman müvafiq açıqlamalar verməyə hazırdır. Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri ilə görüşdə Belarus da daxil olmaqla hər mövzuda danışmağa hazırdır", -deyə Dmitri Peksov bildirib.
Kremlin sözçüsü əlavə edib ki, görüşün sabit bir gündəmi olmayacaq və dövlət başçılarının toxunmaq istədikləri mövzular qaldırılacaq. Peskovun sözlərinə görə, həm təkbətək görüşün, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşün keçirilməsi gözlənilir.
Dövlət başçıları razılığa gələcəyi halda yekun bəyanat olacaq.
Xatırladaq ki, Rusiya lideri Vladimir Putin və ABŞ Prezidenti Cozef Bayden iyunun 16-da Cenevrədə görüşəcəklər.
Ağ Ev görüşdə strateji sabitlik, Ukrayna və Belarusla bağlı vəziyyətin müzakirə ediləcəyini açıqlayıb.
Eləcə də oxuyun:
- Dövlət Duması Açıq Səma Müqaviləsinin denonsasiyası haqqında qərar qəbul edib
Politoloq: “Bayden-Putin dialoqundan gözləntilər böyükdür”
Putinlə Baydenin görüş yeri açıqlandı