İDMAN

Azərbaycan millisi yoldaşlıq görüşündə qalib gəldi

Sputnik

BAKI, 2 iyun — Sputnik. Futbol üzrə Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk hissə qolsuz bitib. İkinci hissədə meydan sahiblərinin oyunçusu Maksim Skavış 56-cı dəqiqədə hesabı açıb. Qoldan sonra oyuna Azərbaycan millisi daha fəal oynayıb. 73-cü dəqiqədə Bədavi Hüseynov tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Ramil Şeydayev qələbə qolunu vurub.

Bu Azərbaycan millisinin 2021-ci ildə qazandığı ilk qələbədir.

Belarus və Azərbaycan yığmaları bundan əvvəlki yoldaşlıq görüşünü 2018-ci ildə Bakıda keçiriblər. Həmin oyun qonaqların xeyrinə başa çatlb - 1:0.

Belarus paytaxtında U19 yığmaları arasında keçirilmiş qarşılaşma isə qolsuz başa çatıb.

Canni De Byazinin yetirmələri növbəti yoldaşlıq görüşünü iyunun 6-da Moldova yığmasına qarşı keçirəcəklər.

1 / 11
Azərbaycan yığmasının müdafiəçisi Azər Salahlı (qırmızı formada) və Belarus millisinin hücumçusu Maksim Skaviş
2 / 11
Azərbaycan və Belarus millisinin yoldaşlıq görüşü zamanı
3 / 11
Azərbaycan və Belarus millisinin yoldaşlıq görüşü zamanı
4 / 11
Azərbaycan və Belarus millisinin yoldaşlıq görüşü zamanı
5 / 11
Azərbaycan və Belarus millisinin yoldaşlıq görüşü zamanı
6 / 11
Azərbaycan millisinin futbolçuları
7 / 11
Azərbaycan və Belarus millisinin yoldaşlıq görüşü zamanı
8 / 11
Azərbaycan və Belarus millisinin yoldaşlıq görüşü zamanı
9 / 11
Azərbaycan və Belarus millisinin yoldaşlıq görüşü zamanı
10 / 11
Azərbaycan və Belarus millisinin yoldaşlıq görüşü zamanı
11 / 11
Azərbaycan və Belarus millisinin yoldaşlıq görüşü zamanı