RUSİYA

Putin: "Anam gündüzlər mənə baxmaq üçün gecə gözətçisi işləyirdi"

Rusiya prezidenti qeyd edib ki, uşaqların tərbiyəsi valideynlərdən böyük səy, çox vaxt və ürək yanğısı istəyir. Bununla belə, prezidentin sözlərinə görə, ailədə uşaqların olması həmişə toy-bayramdır.
Sputnik

BAKI, 1 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin anasının ona gündüzlər daha çox diqqət ayıra bilmək üçün gecələr gözətçi işlədiyini bildirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, dövlət başçısı bu barədə xatirələrini "Valideyn şöhrəti" ordeni ilə təltif olunan çoxuşaqlı ailələrlə söhbətdə bölüşüb.

"Mənim anam da adi işlərlə məşğul olmaq məcburiyyətində idi: xəstəxanada dayə işləyirdi, gecələr gözətçilik edirdi ki, gündüzlər mənimlə vaxt keçirsin", – deyə Putin yada salıb.

O qeyd edib ki, uşaqların tərbiyəsi valideynlərdən böyük səy, çox vaxt və ürək yanğısı istəyir. Bununla belə, prezidentin sözlərinə görə, ailədə uşaqların olması həmişə toy-bayramdır.

Putin bütün ailələri 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə də təbrik edib.

Qeyd edək ki, Vladimir Putin dövlət qurumlarını çoxuşaqlı ailələrə dəstəyi artırmağa çağırıb. Ölkə başçısı bu istiqamətdə görülən tədbirlərin davam etdiriləcəyini də bildirib.

Beynəlxalq Uşaqlar Günü

Uşaqların Beynəlxalq Müdafiəsi Günü — 1 iyun 1950-ci ildə aylin BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Həmçinin oxuyun:

  • Danışır uşaqlar! – Atatürkün şəkillərini sevirəm, top oğlanlar üçündür, villa alacam
  • 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir
  • Uşaqların mətbuat konfransı - Jurnalistlər bu dəfə onlara sualları ünvanladı