SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Xalqımız üçün təhlükə yaranarsa, düşməni yerindəcə məhv edəcəyik" - Azərbaycan prezidenti

İlham Əliyev: "Günahı biri-birinin üstünə atırlar - indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə".
Sputnik

BAKI, 28 may - Sputnik. "Bu gün əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Mən bunu bir neçə gün bundan əvvəl mayın 10-da Naxçıvanda olarkən demişdim. Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə varsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində deyib.

"Son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Növbəti dəfə rəzil oldular, növbəti dəfə biabır oldular. İndi görün, bütün dünya bunlara gülür. Baş nazir bir versiyanı deyir, baş qərargah rəisinin müavini başqa versiya deyir, özü də bir gündə. Bu versiyalar da yalandır. Yəni, 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər", - Əliyev deyib.

O, əlavə edib ki,əgər bu işğal, düşmənçilik olmasaydı, bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, ötən otuz il ərzində Ermənistanın bəlkə də müstəqil dövlət kimi yaşamağa unikal şansı var idi. 

"İndi görün, necə, hansı rüsvayçı durumdadırlar. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar - indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir", - deyə Azərbaycan Prezidenti qeyd edib.

Həmçinin oxuyun:

İlham Əliyev: Bilmirəm, Paşinyan kapitulyasiya aktını hansı tində imzalayıb 

* İlham Əliyev Ağdamın bərpasının təməl daşını qoyub: Ermənistan ağ bayraq qaldırdı

Prezident İlham Əliyev Ağdamda səfərdədir

İlham Əliyev Pənahəli xanın atlarını saxladığı imarət yerinə baş çəkib