CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maliyyə naziri partiyalara verilən vəsaitin azalmasının səbəbini açıqlayıb

Deputat Tahir Kərimli "Azərbaycanın 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifova müraciət edərək partiyalara ödənilən vəsaitin niyə azaldığının səbəbini soruşub.
Sputnik

BAKI, 27 may — Sputnik, Xalid Məmmədov. "Milli Məclisdə təmsil olunan partiyaların sayı artdığı üçün onlara ödənilən vəsait azalıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında deyib.

Nazir bildirib ki, bununla bağlı hər ödəniş zamanı partiyalara izahlı məlumat göndərilir: "Azalma Milli Məclisdə təmsil olunan partiyaların sayının artması ilə bağlıdır. Həmin partiyaların sayının artması nəticəsində deputatların sayı da artıb. Deputat sayına görə verilən vəsait eyni məbləğ olduğundan daha az vəsait ödənilir. Vəhdət Partiyası və digər 6 partiyaya ötən illə müqayisədə daha az vəsait verilib".

Qeyd edək ki, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifova müraciət edərək partiyalara ödənilən vəsaitin niyə azaldığının səbəbini soruşub.

Xatırladaq ki, Milli Məclis Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda müzakirə edir.

İclasa maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmilər qatılıblar.

Həmçinin oxuyun:

Büdcədən hansı siyasi partiyalara vəsait ayrılıb?

Büdcədən siyasi partiyalara ilk vəsait ayrılıb

Siyasi partiyalara ayrılan pullar: VBP dövlət vəsaitindən imtina etdi, REAL və MCP isə...

Siyasi partiyalar dövlət vəsaitini hara sərf edir? – partiya rəsmiləri açıqlayır