CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı son durum barədə açıqlama verdi

Bizim əsas vəzifəmiz atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək, həmçinin mülki nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etməkdir.
Sputnik

BAKI, 25 may — Sputnik. Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda atəşkəs rejiminə riayət olunmasını izləməyə davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, Rusiya sülhməramlıları avtonəqliyyat vasitələrinin hərəkətinin, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin edir.

"Son bir həftə ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin pozulması qeydə alınmayıb, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli addımlar qeydə alınmayıb", - deyə məlumatda qeyd olunur.

"Bizim əsas vəzifəmiz atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək, həmçinin mülki nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etməkdir. Bunun üçün nəzarət-buraxılış məntəqələri təşkil olunub, orada bütün nəqliyyat vasitələri qeydə alınıb. Ərazinin sutkalıq monitorinqi həyata keçirilir, mülki nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyi təmin olunur", - deyə nəzarət buraxılış məntəqəsinin komandiri Sergey İvanov bildirib.

Eləcə də oxuyun: 

* Lavrov: Qarabağla bağlı razılaşmalar uğurla icra olunur

* Qarabağa həsr olunan avro buraxılıb

Mişustin: Qarabağ razılaşması Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir