BAKI, 22 may — Sputnik. Birləşmiş Ştatların Prezidenti Co Bayden Şimali Koreya lideri Kim Çen In nüvəsizləşdirilməyə razı olduğu halda onunla görüşməyə hazırdır. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Bayden əlavə edib ki, ilkin olaraq daha aşağı səviyyədə danışıqlara ehtiyac olacaq.
"Mən komandamın Şimali Koreyadan olan həmkarlarımla görüşünü təmin edəcəyəm. Onları bizim niyyətimizin nə olduğunu çatdıracaqlar", - deyə ABŞ Prezidenti qeyd edib.
Bayden vurğulayıb ki, Kim Çen Ina bu görüşü Koreya liderini özünün legitimləşdirilməsi üçün istifadə etməsinə imkan verməyəcək.
Həmçinin oxuyun:
* Kim Çen In idmançılarını Tokio Olimpiadasına göndərməkdən imtina etdi