MƏDƏNİYYƏT

Tahir Salahovun dəfn olunacağı gün bəlli oldu

Xalq rəssamının cənazəsi mayın 23-də gecə saatlarında AZAL-a məxsus təyyarə ilə Frankfurtdan Bakıya yola salınacaq.
Sputnik

BAKI, 22 may — Sputnik. Almaniyada dünyasını dəyişən Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam Tahir Salahovun cənazəsi sabah Vətənə gətiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, cənazə mayın 23-də gecə saatlarında AZAL-a məxsus təyyarə ilə Frankfurtdan Bakıya yola salınacaq.

Z.Salahova qeyd edib ki, T.Salahovun mayın 24-də Birinci Fəxri xiyabanda dəfn edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Xalq rəssamı mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, dünya şöhrətli fırça ustası Tahir Salahov respublikamızın ən ali təltiflərinə – "İstiqlal", "Heydər Əliyev" ordenlərinə, Heydər Əliyev mükafatına, 90 illik yubileyi ərəfəsində 1-ci dərəcəli "Əmək" ordeninə layiq görülüb. Uzun illər SSRİ Rəssamlar İttifaqı İdarə heyətinin birinci katibi olan Tahir Salahov 20 ildən çox idi Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!

Eləcə də oxuyun:

* Qüdrətli fırça ustasından bizə qalanlar - FOTOLENT

* Mir Azər Abdullayev: “Biz çox xoşbəxtik ki, Tahir Salahovun müasiri olmuşuq”

* Onun əsərləri Azərbaycan təsviri sənətinə geniş şöhrət qazandırıb - Nazirlikdən nekroloq