MƏDƏNİYYƏT

Samirə Efendi Norveç təmsilçisinə "hə" deyib - sosial şəbəkə bundan danışır - VİDEO

Norveç və Azərbaycan təmsilçiləri birlikdə daha çox vaxt keçirməyə başlayıblar. Bu isə onlar arasında eşq macərası olduğu ehtimalı yaradıb.
Sputnik

BAKI, 22 may - Sputnik, Kəmalə Əliyeva. Sosial şəbəkələrdə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində Norveçin Tix təxəllüsü ilə tanınan müğənnisi Andreas Haukelandın azərbaycanlı həmkarı Samirə Efendinin saqqızını oğurladığı barədə xəbərlər dolaşır. 

Sputnik Azərbaycan-ın məlumatına görə, belə şayiələrin yayılmasına səbəb Rotterdamdakı bloger və paparassilərin onların birgə şəkillərini çəkərək yayması olub. Şəkillərdən görünür ki, müğənnilər vaxtlarını birgə keçirirlər, Tix hətta Samirəyə üzərinə "Norveç" yazılmış köynəyini hədiyyə edib, üstəlik böyük qızılgül dəstəsi yollayıb.

Tix eləcə də özünün Instagram səhifəsində "Mənim "Avroviziya"da sevgi macəram" adlı videoçarx paylaşıb. Bundan sonra sosial şəbəkə istifadəçiləri lap yəqin ediblər ki, Samirə həmkarına "hə" deyib və onlar artıq görüşməyə başlayıblar.

 

Xatırladaq ki, bu gecə Rotterdamda (Niderland) "Avroviziya" mahnı müsabiqəsinin 65-ci finalı baş tutacaq. 

26 finalçının iştirak edəcəyi yarışda Samirə Efendi "Mata Hari" mahnısı ilə 21-ci çıxış edəcək. 

Tix (Andreas Haukeland) tək müğənni deyil, öz mahnılarının müəllifi və prodüserdir. O, Turett sindromundan əziyyət çəkir. Uşaq vaxtı onu cırnadır və "tik" deyirmişlər, illər sonra müğənni həmin adı təxəllüs götürməyə qərar verib.

Eləcə də oxuyun:

* "Eurovision 2021" bukmekerləri, ingilis mətbuatı və bizimkilər: Samirənin şansı varmı?

* Bu gün "Avroviziya -2021"in qalibi seçiləcək

Niderland təmsilçisi "Avroviziya 2021"-in finalında oxumayacaq

* "Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi