CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan ordusunun şəhid hərbçisi dəfn olundu - FOTO

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), çavuş Pərviz Nağıyev 1991-ci ildə Aşağı Öysüzlü kəndində anadan olub.
Sputnik

 

BAKI, 22 may - Sputnik, İlham Mustafa. Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbçisi Nağıyev Pərviz Güloğlan oğlu dəfn olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, o, doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), çavuş Pərviz Nağıyev 1991-ci ildə Aşağı Öysüzlü kəndində anadan olub. O, 2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü. Şəhidin 6 və 4 yaşında iki oğlu yadigar qalıb.

Eləcə də oxuyun:

* Azərbaycan Ordusunun itkin düşən daha iki hərbçisinin nəşi tapılıb

* Şəhid kapitanın vəsiyyəti yerinə yetirildi - FOTO

* Daha bir hərbçimizin şəhidlik xəbəri gəldi