MƏDƏNİYYƏT

"Avroviziya-2021"in finalçıları bəlli oldu

Finalda onlarla birlikdə birinci yarımfinalda qalib gələn Azərbaycan, İsrail, Ukrayna, Rusiya, Norveç, Malta, Sloveniya, Kipr, İsveç və Belçika təmsilçiləri də çıxış edəcəklər
Sputnik

BAKI, 21 may — Sputnik. Rotterdamda, "Ahoy" arenada "Avroviziya 2021" mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, 17 ölkənin təmsilçisi Rotterdamda öz şousunu nümayiş etdirib. Onlar arasında San-Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstriya, Polşa, Moldova, İslandiya, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka yer alıb.

Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya finala çıxıblar.

Qeyd edək ki, mayın 22-də keçirilməsi planlaşdırılan finalda onlarla birlikdə birinci yarımfinalda qalib gələn Azərbaycan, İsrail, Ukrayna, Rusiya, Norveç, Malta, Sloveniya, Kipr, İsveç və Belçika təmsilçiləri də çıxış edəcəklər. 

Azərbaycanı "Mata Hari" mahnısı ilə Samirə Efendi birinci təmsil edir. O, birinci yarımfinalda 14-cü nömrə altında çıxış edib. Samirənin geyimini Rüfət İsmayıl hazırlayıb, stilisti isə Anar Ağakişiyevdir.

 

Həmçinin oxuyun:

* "Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

* Bizim Mata Hari: Samirənin "Avroviziya-2021"də çıxışından kadrlar

Dünya şöhrətli dizayner: "Bahalı geyim heç də dəbli geyim demək deyil"

* "Avroviziya"nın startında xoşagəlməz olay