SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

NATO Baş qərargah rəisləri sabah toplanırlar, Hikmət Hacıyev isə artıq müzakirə aparıb

Görüşün gündəliyində alyansın NATO 2030 inkişaf strategiyası, NATO-nun strateji hərbi planlaşdırma və adaptasiyası, əməliyyatlar, missiyalar və ittifaqın digər fəaliyyətləri, Ukrayna və Gürcüstan məsələləri var.
Sputnik

BAKI, 17 may — Sputnik. NATO Hərbi komitəsi mayın 18-də alyansın Brüsseldəki Baş qərargahında qərargah rəisləri səviyyəsində üz-üzə görüş keçirəcək. Sputnik Azərbaycan bildirir ki, bu barədə qurumun mətbuat xidmətindən verilən məlumatda deyilir.

"NATO hərbi komitəsinin müdafiə qərargahı rəisləri səviyyəsində ikinci görüşü üz-üzə formatda mayın 18-də alyansın Brüsseldəki (Belçika) Baş qərargahında keçiriləcək. İclasa NATO hərbi komitəsinin rəhbəri, general Stüart Piç rəhbərlik edəcək", – deyə sənəddə bildirilir.

Generalları narahat edən səbəb

Görüşün gündəliyində alyansının NATO 2030 inkişaf strategiyası, NATO-nun strateji hərbi planlaşdırma və adaptasiyası, əməliyyatlar, missiyalar və ittifaqın digər fəaliyyətləri, Ukrayna və Gürcüstan məsələləri var.

Qeyd edək ki, Hərbi Komitə NATO-nun ən yüksək hərbi orqanıdır və əsas siyasi quruma - Şimali Atlantika Şurasına, eləcə də, Nüvə Planlaşdırma Qrupuna məsləhət verməkdən məsuldur. Komitənin bundan əvvəlki iclası yanvar ayının sonunda Brüsseldə baş tutub.

Brüsseldəki diplomatik mənbədən verilən məlumata görə, iclasın əsas mövzusu aprelin 28-də başlayan "ittifaq qoşunlarının Əfqanıstandan çıxarılması prosesi" olacaq.

Azərbaycan sülhməramlıları da qayıdırlar

Azərbaycan da öz sülhməramlı əsgərlərini Əfqanıstandan çıxarır. Azərbaycan hərbçiləri orada NATO-nun "Qətiyyətli dəstək" missiyası çərçivəsində xidmət aparırlar.

"Qətiyyətli dəstək" əməliyyatı - NATO-nin qeyri-hərbi missiyasıdır və həm tədrislə, həm də 2015-ci ilin 1 yanvarından Əfqanıstanın hökumət qüvvələrinə dəstək verməklə məşğuldur.

Azərbaycan SQ-nin sülhməramlı qüvvələri Əfqanıstanda 2002-ci ilin noyabrından xidmət aparır. 2018-ci ildən oraya 120 hərbçi, iki hərbi həkim və altı zabit daxildir.

Əliyevin köməkçisi artıq Brüsseldədir

Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev də bu gün Brüsselə uçub. Orada Hacıyevin NATO baş katibinin müşaviri Mirça Coane ilə görüşü planlaşdırılmışdı. Görüşdə tərəflər Azərbaycanla NATO-nun cari əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eləcə də oxuyun:

* Çin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına qarşıdır

NATO soyuq müharibə istəmir, amma...

*ABŞ Əfqanıstandan çıxardığı əsgərləri harada yerləşdirəcək?